Qrenada III Karla beyət etməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd olunur ki, gələcəkdə Qrenada rəsmiləri Britaniya monarxına deyil, Qrenadanın özünə sədaqət andı içəcəklər.
Nəşrin məlumatına görə, ölkə qanunvericiliyinə edilən müvafiq dəyişikliklər ötən cümə günü qüvvəyə minib.
Qəzet vurğulayır ki, Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra bir sıra Birlik ölkələrində Britaniya monarxını dövlət başçısı statusundan məhrum etmək çağırışları getdikcə genişlənib.
Xuraman Etibarlı
İnterpress.az