Dublində 17 yaşlı ukraynalı yeniyetmə qətlə yetirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb.
Nəşr bir həftədən az əvvəl İrlandiyaya gələn Vadim Davydenkonun Donaqmeaddakı Grattan Wood yaşayış kompleksində aldığı bıçaq yarasından öldüyünü bildirib.
Daha bir yeniyetmənin həyatı üçün təhlükə yaradan kəsiklər, digər qadın isə xəstəxanaya yerləşdirilib.
Hadisə oktyabrın 15-də səhər saatlarında beynəlxalq müdafiə axtaran şəxslərə 24 saat qulluq və dəstək göstərən müəssisədə baş verib.
Xuraman Etibarlı
İnterpress.az






