Zelenski xaricə gedən ukraynalılara SƏSLƏNDİ: Ölkəyə qayıdınbackend

Zelenski xaricə gedən ukraynalılara SƏSLƏNDİ: Ölkəyə qayıdın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski xaricdəki ukraynalı kişiləri ölkəyə qayıtmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik yaşındakı bütün kişilərin Ukrayna ərazisində olmalı olduğunu bildirərək, xaricə üz tutan vətəndaşlara ölkəyə dönmək barədə müraciət edib.

Dövlət başçısı cəbhədəki vəziyyətlə bağlı danışarkən mövcud durumun ədalətsiz olduğunu qeyd edib: “Biri həyatı və ölkəni müdafiə edir, digəri isə yox. Bu, ədalətsizlikdir, lakin həyat belədir”. Zelenski xaricdə yaşayan hərbi xidmətə yararlı vətəndaşların vətən qarşısındakı borclarını yerinə yetirməsinin vacibliyini diqqətə çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az