Ermənistanda rus ailəsini “Audi” avtomobili üçün qətlə yetirən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Endokrinoloq Marina Ayrapetyan və həyat yoldaşı mənzərəni seyr etmək üçün yolda dayanarkən naməlum şəxs onlara hücum edib və avtomobilin açarlarını tələb edib.
Cütlük imtina etdikdə, hücumçu onları ov tüfəngi ilə vurub. Daha sonra qadını yaba ilə öldürüb.
Cinayətkar onların “Audi” avtomobili ilə qaçsa da, qısa müddət sonra tutulub.
Onun 61 yaşlı yerli sakin olduğu və bir neçə saat əvvəl qonşuluqda yaşayan başqa bir ailəni də güllələdiyi müəyyənləşdirilib.
Marina Ayrapetyan 21 illik təcrübəsi olan həkim-endokrinoloq idi, Rusiyanın Rostov vilayətində çalışır və bölgənin ən yaxşı üç endokrinoloqundan biri hesab olunurdu. Cütlüyün 15 yaşlı qızı qalıb.

Xuraman Etibarlı
İnterpress.az






