Türkiyə F-16-ları Budapeştə gedən Putinin təyyarəsini MÜŞAYİƏT EDƏCƏKbackend

Türkiyə F-16-ları Budapeştə gedən Putinin təyyarəsini MÜŞAYİƏT EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə F-16-ları Qara dəniz üzərindən Budapeştə gedən Putin təyyarəsini müşayiət edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələrin məlumat verib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin “İl-96PU” təyyarəsini Qara dəniz üzərindən Budapeşt sammitinə uçuş zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları müşayiət edəcək.

Qara dənizədək təyyarənin təhlükəsizliyini yalnız rus “Su” qırıcıları təmin edəcək, daha sonra isə Türkiyə Hərbi Hava Qüvvələri müşayiəti davam etdirəcək.

Məqsəd mümkün təxribatların, o cümlədən dron, raket və “yad bayraq” əməliyyatlarının qarşısını almaqdır.

Xuraman Etibarlı

İnterpress.az