BMT Suriya prezidenti Əl-Şərəanı terrorçular siyahısından çıxarıb.
İnterpress.az xəbər verir ki, oktyabrın 17-də BMT Təhlükəsizlik Şurasının Sanksiyalar Komitəsinin nəzərdən keçirməsindən sonra Birləşmiş Millətlər Təşkilatı Suriya prezidenti əl-Şaraanı terrorçular siyahısından çıxarıb.
Mənbələrin sözlərinə görə, bu, ona qarşı əvvəllər qoyulmuş bütün məhdudiyyətlərin, o cümlədən aktivlərin dondurulması, səyahət qadağası və maliyyə sanksiyalarının götürülməsi deməkdir.
Komitənin bəyanatında vurğulanıb ki, baxış “Suriyadakı mövcud vəziyyətdə onun siyasi rolunun yeni qiymətləndirilməsinə” əsaslanır.
Xuraman Etibarlı
İnterpress.az






