Körfəz ölkələri HƏMAS-ın tərksilahına yardım etməlidir – ABŞ vitse-prezidentibackend

Körfəz ölkələri HƏMAS-ın tərksilahına yardım etməlidir – ABŞ vitse-prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Körfəz ölkələri HƏMAS-ın tərksilahına yardım etməlidir

İnterpress.az xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens Körfəz ölkələrinə çağırış edərək, bölgəyə sülhü qorumaq və Fələstin terror təşkilatı HƏMAS-ın tərksilahına kömək etmək üçün hərbi qüvvələr göndərmələrini təklif edib.

Vensin sözlərinə görə, HƏMAS-ın təxminən 40 müxtəlif hüceyrəsi mövcuddur:

“Bəzi hüceyrələr sülh müqaviləsinə əməl edə bilər, lakin çoxu buna riayət etməyəcək”.

Vitse-prezident əlavə edib ki, beynəlxalq dəstək olmadan HƏMAS-ın təhlükəsi ilə mübarizə çətinləşir.

Xuraman Etibarlı

İnterpress.az