Moskvada kişi küçədə tapdığı pullara görə həbs riski ilə üzləşib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, moskvalı küçədə təsadüfən 1,6 milyon rubl (təxminən 18 min dollar) dəyərində valyuta tapıb və onu xərcləməyə başlayıb.
Polis kameralar vasitəsilə kişini qısa müddətdə müəyyən edib. Rusiya Daxili İşlər Nazirliyi hadisəni oğurluq kimi qiymətləndirib.
Kişiyə qarşı cinayət işi açılıb, indi onu 10 ilə qədər həbs gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






