Tədqiqatlar göstərir ki, səhər yeməyindən imtina sağlamlığa mənfi təsir göstərmir.
İnterpress.az xəbər verir ki, bu barədə yeni elmi araşdırmada məlumat yayılıb.
Alimlərin sözlərinə görə, səhər yeməyini buraxdıqda orqanizm sadəcə daxili enerji ehtiyatlarını işə salır. Bu mexanizm təkamül prosesində formalaşıb.
Mütəxəssislər qeyd edir ki, insan bədəni həm səhər yeməyi ilə, həm də onsuz eyni effektivlikdə fəaliyyət göstərir.
Mütəxəssislər bildiriblər ki, səhər yeməyindən sonra yaranan güc və ya onu buraxanda hiss edilən zəiflik çox vaxt psixoloji təsəvvürdür.
“Günün ən vacib qidası” kimi təqdimat isə əsasən marketinq vasitəsilə formalaşıb.
Alimlər onu da vurğulayır ki, gün ərzində balanslı qidalanma ümumi sağlamlıq üçün həlledici faktordur.
Xuraman Etibarlı
İnterpress.az






