Çində inşaatçılar 200 metr yüksəklikdə nahar edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Çində elektrik ötürücü xəttin tikintisində çalışan fəhlələr 200 metr yüksəklikdə nahar edirlər.
Onlar iş vaxtına qənaət etmək üçün aşağı enib yenidən yuxarı qalxmaq əvəzinə, yeməklərini birbaşa iş yerində yeyirlər.
İşçilər ölkənin qərbində istehsal olunan elektrik enerjisini şərq sahillərinə çatdıracaq, uzunluğu 2300 kilometrdən çox olan elektrik ötürücü xəttin tikintisini həyata keçirirlər.
Xuraman Etibarlı
İnterpress.az






