Rusiya Almaniyadan protez və süni oynaqların idxalını artırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” nəşri “Eurostat”ın məlumatlarına istinadən yazıb.
2026-cı ilin ilk yarısında Rusiya Almaniyadan 79 milyon avro dəyərində (təxminən 150,8 milon manat) protez və süni oynaq idxal edib.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 19 milyon avro çoxdur.
Xuraman Etibarlı
İnterpress.az






