Gizir Pəncəli Nurməmməd oğlu Teymurov və baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
İnterpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məlumat üçün qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüş zamanı şəhid olub.
Baş leytenant Vaqif Qurbanov isə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. O, 1992-ci ilin 8 aprelində Rusiyaya məxsus SU-25 hərbi təyyarəsini Azərbaycana qaçırıb və Qarabağdakı əməliyyatlarda iştirak edərkən şəhid olub. Belə ki, onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik – Əsgəran yaxınlığında vurulub.






