Cəsədlər doğranmış halda TAPILDI – Cinayətin təşkilatçıları TUTULDU – FOTObackend

Cəsədlər doğranmış halda TAPILDI – Cinayətin təşkilatçıları TUTULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ-də itkin düşən Roman Novak və həyat yoldaşının doğranmış cəsədləri tapılıb.

İnterpress.az yerli mənbələrə istinadən xəbər verir ki, cəsədlər torbalara doldurularaq ticarət mərkəzi yaxınlığında zibil qutularına atılıb.

Araşdırma göstərib ki, cütlük icarəyə götürdükləri villada qətlə yetirilib. Cəsədlər mişarla doğranıb, hissələr əhənglə örtülərək torbalara doldurulub və ticarət mərkəzinin yaxınlığında tullantı qutularına atılıb.

İstintaqa görə, qatil və tərəfdaşları Novakın kripto pul kisəsinə giriş əldə etmək istəyiblər. O, açarı təqdim etsə də, hesabın balansı sıfır olub.

Hadisənin təşkilatçıları kimi 53 yaşlı Konstantin, 46 yaşlı Yuri və Qazaxıstandan olan 45 yaşlı Vladimir göstərilir. Qətlə yetirdikdən sonra onlar Rusiyaya qaçıblar və Sankt-Peterburqda saxlanılıblar.

Ümumilikdə yeddi nəfər həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az