Gəzinti zamanı başı açıq saxlamaq saç tökülməsini sürətləndirir.
İnterpress.az xəbər verir ki, bu barədə həkimlərin mövsümi xəbərdarlıqlarında məlumat yayılıb.
Mütəxəssislərin bildirdiyinə görə, qış aylarında papaqsız gəzmək baş dərisində qan damarlarının kəskin daralmasına səbəb olur. Bu isə saç köklərinin qidalanmasını zəiflədir və saç tökülməsini sürətləndirir.
Külək və quru hava saçları daha da kövrək edir və qırılmanı artırır.
Həkimlər vurğulayırlar ki, xüsusilə şaxtalı günlərdə başı isti saxlamaq həm saç sağlamlığı, həm də ümumi termorequlyasiya üçün vacibdir.
Dermatoloqlar risk qrupuna nazik saçlı, stress altında yaşayan və hormonal problemi olan şəxslərin daxil olduğunu bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az






