300 uşaq təmizlik vasitələrindən zəhərlənibbackend

300 uşaq təmizlik vasitələrindən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İntihar etmək məqsədilə sirkə turşusu içənlərin sayı artıb. Bizim xəstəxanaya hər ay sirkə turşusundan zəhərlənmə diaqnozu ilə 10-15 nəfər gətirilir. Ölüm hadisələrinin 80 faizi də məhz sirkə turşusundan zəhərlənmələrdən baş verir. Buna görə də, istehsalçı təşkilatlara müraciət edərək turşuluğun faizinin aşağı salınmasını təklif etmişik”.

Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov bu gün keçirilən brifinqdə deyib.

Mərkəz rəhbəri deyib ki, valideyn səhlənkarlığından uşaqların zəhərlənməsi hadisəsi də tez-tez baş verir. İl ərzində bununla bağlı 300-dək müraciət daxil olur. “Uşaqlar daha çox məişət kimyasından zəhərlənirlər. Valideynlər təmizlik işlərindən sonra məhlulları uşaqların əli çatan yerlərdə saxlayırlar. Nəticədə həmin vasitəni içən uşaqların ağız, qida borusu, mədəsi yanır. Uşaqlar arasında zəhərlənmələrdə ikinci yeri dərman zəhərlənməsi tutur ki, burada da yenə valideynlər günahkardırlar. Dərmanlar uşaqların əlçatmadığı yerlədə saxlanılmalıdır”, – deyə A.Maqsudov bildirib.

Kliniki Tibbi Mərkəzin 1-ci yoluxucu şöbəsinin müdiri Gülnarə Babayeva isə qida zəhərlənmələri ilə bağlı məlumat verib.

G.Babayeva deyib ki, qidadan zəhərlənmələrlə bağlı 60 müraciət daxil olub. Onlardan 30-unun vəziyyəti orta ağır qiymətləndirilib. “Qidadan zəhərlənənlərin ümumi sayı çoxdur. Müşahidələr göstərir ki, son iki ildə meyvə-tərəvəz, süd və ya ət məhsullarından zəhərlənmələr daha çox qeydə alınır. Yaxşı olar ki, iri marketlərdən ət və süd məhsulları alsınlar. Bir də hər meyvəni öz mövsümündə yemək məsləhətdir”.

İnterpress.az