Soyuqdəymədən qorunmağın SİRRİ: Soyuq duş QƏBUL EDİNbackend

Soyuqdəymədən qorunmağın SİRRİ: Soyuq duş QƏBUL EDİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstələnməmək üçün soyuq duş qəbul etmək faydalıdır.

İnterpress.az xəbər verir ki, bu barədə həkimlər məlumat yayıb.

Həkimlərin fikrincə, soyuq duş qəbul etmək orqanizmi soyuqdəymə və müxtəlif infeksiyalardan qorumağa kömək edə bilər.

Soyuq su simpatik sinir sistemini stimullaşdırır və katexolaminlərin ifrazını aktivləşdirir ki, bu da insanın özünü daha gümrah hiss etməsinə və iş qabiliyyətinin artmasına səbəb olur.

Mütəxəssislər soyuq suyun immun sisteminə olan müsbət təsirini də vurğulayırlar.

Belə ki, müntəzəm olaraq orqanizmi soyuğa öyrəşdirmək adaptasiya mexanizmləri vasitəsilə bədənin müxtəlif xəstəliklərə qarşı davamlılığını artırır.

Bu cür möhkəmləndirmə üsulu orqanizmin xarici təsirlərə qarşı müdafiə qabiliyyətini gücləndirir.

Xuraman Etibarlı

İnterpress.az