Həkimlərdən TÖVSİYƏ: Borş anemiya və qəbizliklə mübarizədə ən yaxşı yeməkdirbackend

Həkimlərdən TÖVSİYƏ: Borş anemiya və qəbizliklə mübarizədə ən yaxşı yeməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Borş anemiya və qəbizliklə mübarizədə ən yaxşı yeməkdir.

İnterpress.az xəbər verir ki, bu barədə qastroenteroloq-həkimlər məlumat yayıb.

Qastroenteroloqların fikrincə, düzgün hazırlanmış borş insan orqanizmi üçün mürəkkəb karbohidratlar, lif, zülal, faydalı yağlar və vitaminlərin ideal mənbəyidir.

Bu yemək xüsusilə anemiya (qanazlığı) və qəbizlikdən əziyyət çəkənlər üçün faydalıdır və ideal birinci xörək hesab olunur.

Borşun tərkibindəki hər bir inqrediyent sağlamlıq üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, kök immuniteti artırır, görmə qabiliyyətinə və diqqətin cəmlənməsinə müsbət təsir göstərir.

Çuğundur və kartof ürək sağlamlığı üçün vacib olan kaliumla zəngindir. Qırmızı ət isə orqanizmi zülal, amin turşuları, bol dəmir və B12 vitamini ilə təmin edir.

Tərəvəzlərdən gələn sellüloza (lif) həzm prosesini asanlaşdırır və müxtəlif həzm pozuntuları zamanı ideal vasitə hesab olunur.

Mütəxəssislər vurğulayırlar ki, borşun tərkibində hər şey faydalıdır — hər bir inqrediyent bir-birini tamamlayaraq ümumi sağlamlığı möhkəmləndirir.

Xuraman Etibarlı

İnterpress.az