Monako limanı milyarderlərin axını səbəbindən iflic olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Monako limanı milyarderlərin kütləvi axını səbəbindən az qala iflic vəziyyətinə düşüb. Belə ki, “Formula-1” üzrə sonuncu Qran-pri yarışını izləmək üçün limana 200-dən çox lüks yaxta yan alıb. Tədbirdə iştirak edən tanınmış qonaqlar arasında şahzadə II Alber, Kim Kardaşyan, Maykl Duqlas, Ketrin Zeta-Cons və kiçik Donald Tramp da diqqət çəkib.
Əlavə olaraq bildirək ki, bəzi milyarderlər birbaşa yaxtanın göyərtəsində özləri ilə birlikdə dəyəri 5 milyon dollar (təxminən 8 500 000 manat) olan lüks “Koenigsegg” və “Bugatti” avtomobillərini də gətiriblər.
Xuraman Etibarlı
İnterpress.az






