Əskinaslardan tarixi şəxsiyyətlərin portretləri YIĞIŞDIRILIRbackend

Əskinaslardan tarixi şəxsiyyətlərin portretləri YIĞIŞDIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Bankı “imperialist” baxışlarına görə Vinston Çörçilli əskinaslardan yığışdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

İngiltərə Bankı “imperialist” baxışlarına görə Vinston Çörçillin şəklini əskinasların üzərindən yığışdırıb. Mərkəzi Bankın apardığı araşdırma nəticəsində məlum olub ki, Vinston Çörçill, Alan Türinq və Ceyn Ostin cəmiyyətdə mübahisəli fiqurlar hesab edilir və onlar Böyük Britaniyanın müxtəlifliyini tam əks etdirmirlər.

Əlavə olaraq bildirək ki, məhz bu səbəbdən mütəxəssislər tərəfindən banknotların üzərindəki tarixi şəxsiyyətlərin portretlərini təbiət təsvirləri ilə əvəz etmək tövsiyə olunub.

Xuraman Etibarlı

İnterpress.az