Bu tətbiq “ChatGPT”ni GERİDƏ QOYDUbackend

Bu tətbiq “ChatGPT”ni GERİDƏ QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” WWDC 2026 tədbirində süni intellektlə gücləndirilmiş yeni “Siri AI” köməkçisini təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yenilənmiş sistem “Google”un “Gemini” modelinin xüsusi versiyası əsasında işləyir, ayrıca tətbiqə malikdir və mətnlə yanaşı səsli ünsiyyəti də dəstəkləyir. Şirkətin bildirdiyinə görə, istifadəçi məlumatları cihazdan kənara çıxarılmır.

“Siri AI” fayllar, fotoşəkillər və e-poçtlar daxil olmaqla cihazdakı məlumatları axtara, internetdə məlumat tapa, məktublar yaza, xatırlatmalar qura, şəkilləri tanıya və müxtəlif gündəlik tapşırıqları yerinə yetirə bilir. Köməkçinin səsi fərdiləşdirilə, şəkillərin redaktəsi və mətnlərin yoxlanılması kimi yeni funksiyalardan da istifadə etmək mümkündür.

Yenilik ilkin mərhələdə yalnız ingilis dilində təqdim olunacaq və ən güclü “Apple” cihazlarında əlçatan olacaq.

Şirkət həmçinin “iOS 27” əməliyyat sistemini təqdim edib. Yeni versiya “iPhone 11” və daha yeni modelləri dəstəkləyəcək, sistemin sürəti artırılıb, interfeys yenilənib, təqvim və valideyn nəzarəti funksiyaları təkmilləşdirilib. İlk beta versiyası artıq istifadəyə verilib, yekun buraxılış isə payızda gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az