Tim Kukun “Apple” rəhbəri kimi sonuncu təqdimatı: “iOS 27” və “Siri AI” nümayiş olundu.
İnterpress.az xəbər verir ki, bu barədə “Apple” konfrasında bildirilib.
“Apple” şirkətinin rəhbəri Tim Kuk özünün sonuncu konfransında iştirak edərək bütün dünya ilə sağollaşıb. Tədbirdə yeni “iOS 27” əməliyyat sistemi təqdim edilib.
Yeni sistemdə tətbiqlər 30%, “AirDrop” vasitəsilə fayl ötürülməsi isə 80% daha sürətli işləyəcək. Həmçinin sistemə menstruasiya təqviminin əlavə ediləcəyi bildirilib.
Əlavə olaraq bildirək ki, tədbirdə “Google” ilə birgə “Gemini” texnologiyaları əsasında hazırlanmış yeni “Siri AI” də nümayiş olunub.
Xuraman Etibarlı
İnterpress.az






