Gürcüstan DİN-dən YENİ QƏRAR – Xarici tələbələr və miqrantlar üçün qaydalar DƏYİŞİRbackend

Gürcüstan DİN-dən YENİ QƏRAR – Xarici tələbələr və miqrantlar üçün qaydalar DƏYİŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan miqrasiya qanunvericiliyini sərtləşdirir.

İnterpress.az xəbər verir ki, bu barədə “İnterpressnews” məlumat yayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə miqrasiyaya nəzarətin gücləndirilməsi və dövlət təhlükəsizliyinin artırılmasına yönəlmiş qanunvericiliyə düzəlişlər paketini hazırlayıb.

Əsas dəyişikliklər arasında müvəqqəti yaşayış icazəsi və ya vətəndaşlıq almaq məqsədilə bağlanan saxta nikahlara görə ciddi məsuliyyətin tətbiq edilməsi də var.

Bu cür qayda pozuntularına görə əcnəbiləri cərimələr, deportasiya, ölkəyə giriş qadağası, bəzi hallarda isə həbs və ya azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Dəyişikliklər həmçinin xarici tələbələrə nəzarətin gücləndirilməsini, ali məktəblərə qəbul zamanı əlavə tələblərin tətbiq edilməsinə başlanılmasını və Gürcüstan vətəndaşlarının həyat yoldaşları üçün yeni növ yaşayış icazəsinin yaradılmasını nəzərdə tutur.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə qeyri-qanuni miqrasiyanın aşkar edilməsi və qarşısının vaxtında alınması istiqamətində daha da genişləndirilmiş səlahiyyətlər veriləcək.

Xuraman Etibarlı

İnterpress.az