Ankarada Qərbi Azərbaycan irsinə həsr olunmuş sərgi və konfrans keçirilib – FOTOLARbackend

Ankarada Qərbi Azərbaycan irsinə həsr olunmuş sərgi və konfrans keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada Qərbi Azərbaycanın milli geyimləri və mədəni irsi təqdim olunub.

İnterpress.az Tenzilerustemhanli.az-a istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanın milli geyim mədəniyyətinə həsr olunmuş sərgi və konfrans keçirilib.

Tədbirdə Qərbi Azərbaycan bölgəsinə məxsus milli geyim nümunələri nümayiş etdirilib, eyni zamanda Qərbi Azərbaycan məsələsi, tarixi torpaqlarda dağıdılmış mədəni irs, eləcə də öz ata-baba yurdlarından deportasiya olunmuş azərbaycanlıların hüquqları barədə geniş məlumat verilib.

Tədbirin təşəbbüskarı Milli Məclisin deputatı Məlahət İbrahimqızı olub. Konfrans çərçivəsində Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova çıxış edərək Qərbi azərbaycanlıların qayıdış hüququ, beynəlxalq hüququn bu məsələyə yanaşması və tarixi ədalətin bərpasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirdə həmçinin alim və şair Mahirə Hüseynova Qərbi Azərbaycanın zəngin mədəni irsi ilə bağlı məruzə ilə çıxış edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyənin müxtəlif dövlət qurumlarında bir sıra görüşlər keçirib. AK Parti və Türkiyə Böyük Millət Məclisində baş tutan müzakirələrdə Azərbaycan-Türkiyə əlaqələri, türk dünyasının inteqrasiyası və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Ankara Universitetində keçirilən sərgi və konfrans Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılması və qayıdış konsepsiyasının beynəlxalq platformalarda təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.