Azərbaycanda maliyyə sektorunda dələduzluğa qarşı yeni qaydalar hazırlanırbackend

Azərbaycanda maliyyə sektorunda dələduzluğa qarşı yeni qaydalar hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda maliyyə sektorunda kibertəhlükəsizlik və dələduzluqla mübarizə tədbirləri gücləndirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın və nağdsız ödənişlərin artması ilə paralel olaraq dələduzluq riskləri də yüksəlir və bunun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.:

“Biz bir sıra qurumlarla effektiv iş mübadiləsi artıq aparmaqdayıq və daha gələcəkdə də bunu həm rəqəmsal tərəfindən inkişafını düşünürük, həmçinin də qaydalar tərəfindən və ilin sonuna qədər biz dələduzluq sahəsində yeni qaydaların bazara tətbiq olunmasını gözləyirik. Bu, sırf dələduzluğum idarə edilməsi üçün mühüm addım olacaq”, – deyə o vurğulayıb.