“Hizbullah”dan Livan rəhbərliyinə ÇAĞIRIŞ: İranla əlaqələri gücləndirinbackend

“Hizbullah”dan Livan rəhbərliyinə ÇAĞIRIŞ: İranla əlaqələri gücləndirin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hizbullah” Livan hakimiyyətini İranla əlaqələri inkişaf etdirməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Hizbullah” bəyan edib ki, İranın bu yaxınlarda İsrailə endirdiyi raket zərbəsi Tehranın Livanı dəstəkləmək üzrə siyasi, mənəvi və hərbi sadiqliyini bir daha təsdiqləyib.

Təşkilatdan qeyd ediblər ki, bu hücum İsrailin qarşısını almağa yönəlib və eyni zamanda ABŞ, eləcə də digər İsrail müttəfiqlərinə birbaşa mesaj xarakteri daşıyır.

Bəyanatda həmçinin vurğulanır ki, Tehran Livan xalqının və müqavimət qüvvələrinin müdafiəsi naminə şüurlu şəkildə siyasi və maddi itkilərə getməyə hazırdır.

Əlavə olaraq bildirək ki, təşkilat Livan hakimiyyətini İslam Respublikası ilə ikitərəfli əlaqələri gücləndirməyə və milli maraqların qorunması üçün İranın yardımından istifadə etməyə çağırıb.

“Hizbullah” rəhbərliyi, həmçinin Yəmən husilərinin “Ənsar Allah” hərəkatına təşəkkürünü bildirib və İsrail tərəfinə qarşı mübarizədə “Müqavimət Oxu” çərçivəsində yüksək səviyyəli koordinasiyanın olduğunu təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az