Moskvada evdə kimyəvi təcrübə aparan məktəblinin əlində partlayış olub, 3 barmağı qopub
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada yeddinci sinif şagirdi ev şəraitində qırmızı fosforla kimyəvi təcrübə apararkən dəhşətli bədbəxt hadisə baş verib.
Kimyəvi maddələrin reaksiyası zamanı qəfil güclü partlayış baş verib. Səsə otağa qaçan anası yaralı oğluna ilk tibbi yardımı göstərib və dərhal təcili yardımı çağırıb.
Ağır yaralanan məktəbli dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlər yeniyetməyə üz, boyun, gövdə, qollar və ayaqların çoxsaylı qəlpə yaraları diaqnozu qoyublar.
Güclü partlayışın təsirindən məktəblinin üç barmağı tamamilə qopub, əl sümükləri parçalanıb və onda açıq sınıq qeydə alınıb.
Hazırda həkimlər zərərçəkmiş uşağın müalicəsini davam etdirirlər.
Hüquq-mühafizə orqanları məktəblinin təhlükəli kimyəvi maddəni haradan əldə etdiyini və hadisənin digər təfərrüatlarını araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






