Kompüterə İLDIRIM DÜŞDÜ: Cihaz tamamilə KÜL OLDU – FOTObackend

Kompüterə İLDIRIM DÜŞDÜ: Cihaz tamamilə KÜL OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İldırım kompüterə düşüb, LAN kabeli vasitəsilə ana platanı kömürə çevirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Gizmodo” nəşri məlumat yayıb.

Şimşək çaxarkən kompüterdən istifadə edən şəxs mühüm təhlükəsizlik qaydasını pozduğuna görə ciddi ziyanla qarşılaşıb.

Güclü ildırım vurması nəticəsində elektrik boşalması binaya daxil olaraq daxili şəbəkəyə ötürülüb, oradan işlək vəziyyətdə olan routerə keçib və LAN kabeli vasitəsilə birbaşa kompüterə zərbə endirib.

Yüksək gərginlik bir neçə saniyə ərzində kompüterin ana platasını (motherboard) daxildən tamamilə yandıraraq kömürə çevirib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, güclü fırtına və şimşək zamanı kompüterləri, xüsusən də şəbəkə cihazlarını elektrik və internet xəttindən tamamilə ayırmaq lazımdır.

Adi şəbəkə filtrləri bu dərəcədə yüksək gərginliyə malik ildırım zərbələrinə qarşı mühafizə təmin edə bilmir.

Hadisə nəticəsində xəsarət alan olmasa da, kompüter sistemi tamamilə sıradan çıxıb və onun bərpası qeyri-mümkün olub.

Xuraman Etibarlı

İnterpress.az