Dağıstanda qaz kəmərində güclü partlayışlar BAŞ VERDİ: Yaxınlıqdakı evlər TƏXLİYƏ OLUNUR – VİDEObackend

Dağıstanda qaz kəmərində güclü partlayışlar BAŞ VERDİ: Yaxınlıqdakı evlər TƏXLİYƏ OLUNUR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda yanacaqdoldurma məntəqəsi yaxınlığında qaz kəməri partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kizilyurt şəhərində magistral qaz kəmərində ard-arda üç güclü partlayış baş verib və ardınca güclü yanğın başlayıb.

Hadisə sənaye zonasında, “Metan” avtoyanacaqdoldurma məntəqəsinin (AYDM) və “Novı Sulak” qazpaylayıcı stansiyasının yaxınlığında qeydə alınıb.

Partlayışdan sonra ərazidə yüksək təzyiqlə çıxan qaz böyük alov sütununa çevrilib. Yanğının törətdiyi qızartı şəhərin bir çox yerindən, bir neçə kilometr məsafədən aydın görünüb.

Daxil olan məlumatlardan dərhal sonra hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Polis əməkdaşları ərazini tamamilə mühasirəyə alıb və təhlükəsizlik zonasını genişləndiriblər.

Hazırda yanğının yaxınlıqdakı yaşayış sahələrinə keçməməsi üçün tədbirlər görülür və yaxınlıqdakı binalarda yaşayan sakinlərin təxliyə edilməsi məsələsi müzakirə olunur.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlər və yaralananlar yoxdur.

Qaz xidmətinin mütəxəssisləri kəmərdə qazın verilməsini tamamilə dayandırmaq və qəza-bərpa işlərinə başlamaq üçün hazırlıq işləri aparırlar.

Xuraman Etibarlı

İnterpress.az