Ata olmaq kişilərdə qocalma prosesinin qarşısını alır.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Alimlər tərəfindən aparılan yeni elmi araşdırma ata olmağın kişi orqanizmi üçün mühüm faydalarını üzə çıxarıb.
Tədqiqatçılar minlərlə MRT (Maqnit Rezonans Tomoqrafiyası) şəklini müqayisə edərək müəyyən ediblər ki, ataların beyni onların bioloji yaşından xeyli gənc görünür. Xüsusilə üç uşağı olan kişilərdə beyin yaşındakı fərq 0,7 ilə çatır.
Bu isə həftədə 2,5 saat müntəzəm olaraq idmanla məşğul olmağın verdiyi faydalı nəticəyə bərabərdir.
Mütəxəssislər bunu uşaq böyütməyin beyin üçün hər gün fərqli bir sosial məşq rolunu oynaması ilə izah edirlər.
Uşaqlarla daimi ünsiyyət qurmaq, yüksək empatiya nümayiş etdirmək və hər an məsuliyyətli rejimdə yaşamaq beynin yaddaş, hərəkət (motorika) və məlumatın emalı sahələri arasındakı əlaqələri gücləndirir.
Bundan əlavə, uşaqlar atalarını daha çox aktiv ictimai həyata sövq edirlər.
Elmi araşdırmalar göstərir ki, zəif sosial əlaqələr insan sağlamlığına yüksək xolesteroldan daha çox ziyan vurur.
Bu baxımdan uşaqların ataların həyatına qatdığı sosial aktivlik həm də onların ömrünü uzadır.
Xuraman Etibarlı
İnterpress.az






