Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib və vətəndaşları qəbul edib – FOTOLARbackend

Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib və vətəndaşları qəbul edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 iyun 2026-cı il tarixində Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, professor Fəzail İbrahimli Masallı şəhərinin Kosakül massivində seçicilərlə növbəti görüş keçirib və vətəndaş qəbulu həyata keçirib.

Görüşdən əvvəl deputat Masallı şəhər 7 nömrəli tam orta məktəbində yaradılmış şəhidlər guşəsini ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad edərək guşənin önünə gül dəstələri düzüb.

Məktəbin akt zalında keçirilən görüş zamanı Fəzail İbrahimli seçicilərlə söhbət edib, onları maraqlandıran məsələləri dinləyib. Görüşdə müxtəlif sahələri əhatə edən təklif və müraciətlər ətrafında fikir mübadiləsi aparılıb, qaldırılan məsələlərin həlli istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

Görüşdən sonra vətəndaş qəbulu keçirilib. Deputat qəbul zamanı müraciət edən hər bir seçicini fərdi qaydada dinləyib, onların qaldırdıqları problemlər və təkliflər qeydə alınıb. Müraciətlər əsasən ailə-məişət problemləri, məşğulluq, əlilliyin təyin edilməsi, sosial məsələlər, elm və təhsil, torpaq münasibətləri, əfv və digər mövzularla bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin diqqətinə çatdırılıb, bəzi müraciətlər yerində həllini tapıb. Digər məsələlərin araşdırılması məqsədilə aidiyyəti qurumlara sorğular göndərilməsinin zəruriliyi qeyd olunub. Həmçinin bəzi müraciətlərlə bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri izah edilib və onların həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında məsələlərin qaldırılacağı bildirilib.

Qəbulda əvvəlki görüşlər zamanı deputata müraciət etmiş və problemləri həll olunmuş bir sıra vətəndaşlar da iştirak edərək göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həbib Həbibov da iştirak edib.