Hindistanda 13 yaşlı qızın qaçırılması və dəstə ilə təcavüz edilməsinə görə 32 nəfər edam edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Hindistanda 13 yaşlı məktəbli qızı qaçıraraq ona qarşı qrup şəklində cinsi zorakılıq törədən 32 nəfər edam edilib.
Dəhşətli hadisə elektrikli rikşa sürücüsünün azyaşlını qaçıraraq otel sahibinə satması ilə başlayıb.
Beş gün ərzində girov saxlanılan uşağa kəskin təsirli narkotik maddələr verilib və o, təxminən 32 nəfərin amansız zorakılığına məruz qalıb.
Yerli hakimiyyət orqanlarının təcili müdaxiləsindən sonra cinayətdə əli olan bütün şübhəlilər operativ şəkildə saxlanılıb.
Məhkəmənin qərarı ilə cinayətkarların hər biri asılaraq ölüm cəzasına məhkum edilib və hökm tam icra olunub.

Xuraman Etibarlı
İnterpress.az






