Kislovodskda BOMBA HƏYƏCANI: Xəstəxana və sanatoriya BOŞALDILIRbackend

Kislovodskda BOMBA HƏYƏCANI: Xəstəxana və sanatoriya BOŞALDILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kislovodskda xəstəxana və sanatoriyaya bomba qoyulması barədə məlumat daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın kurort şəhəri olan Kislovodskda yerləşən tibb müəssisələrindən birinə və sanatoriyaya bomba qoyulması barədə anonim məlumat daxil olub.

Şəhər administrasiyasının rəhbəri Yevgeni Moiseyev bildirib ki, hazırda aidiyyəti qurumlar daxil olan təhlükə siqnalının dürüstlüyünü yoxlayır.

Məlumata görə, dərhal müvafiq ünvanlara xüsusi xidmət orqanlarının əməkdaşları və kinoloqlar cəlb edilib.

Təhlükəsizlik qaydalarına uyğun olaraq binalarda olan əməkdaşların və ziyarətçilərin təxliyə edilməsi istiqamətində işlər görülür.

Hazırda ərazilərdə partlayıcı qurğuların axtarışı davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az