Rusiya vətəndaşını şantajla terrora MƏCBUR ETDİLƏR – Moskvada ƏMƏLİYYAT – VİDEObackend

Rusiya vətəndaşını şantajla terrora MƏCBUR ETDİLƏR – Moskvada ƏMƏLİYYAT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada yüksək rütbəli hərbçiyə qarşı terror cəhdinin qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Rusiya hüquq-mühafizə orqanları Moskvada Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən yüksək rütbəli hərbçiyə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

Əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşının Ukraynada əməkdaşlığa cəlb edildiyi məlum olub. Onu həyat yoldaşına qarşı cinayət işi açılacağı hədəsi ilə UTX-yə işləməyə məcbur ediblər.

Moldova və Ermənistan ərazisindən keçərək Rusiyaya gələn həmin şəxs Ukraynada xüsusi atıcılıq və partlayıcı hazırlığı keçib.

Məlumata görə, şübhəli şəxs gizli nəzarət məqsədilə Moskvada mənzil kirayələyərək izləmə kameraları quraşdırıb, maskalanmaq üçün parik, saqqal və eynək alıb.

O, hərbçinin gündəlik hərəkət qrafikini izləməyi və onu əldəqayırma bomba bərkidilmiş dron vasitəsilə partlatmağı planlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az