Sankt-Peterburqda təqaüdçü telefon fırıldaqçılarına yüksək məbləğdə pul verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan 79 yaşlı təqaüdçü telefon fırıldaqçılarına demək olar ki, 100 000 000 rubl (təxminən 2 214 500 manat) pul verib.
İstintaqın məlumatına görə, bir neçə həftə ərzində özlərini müxtəlif dövlət qurumlarının əməkdaşları kimi təqdim edən dələduzlar qocanı yığımlarının qorunması və bəyan edilməsi bəhanəsi ilə aldadıblar.
Onlar təqaüdçünü inandıraraq 95 000 000 rubl (təxminən 2 103 775 manat) nağd vəsaiti kuryerə təslim etməyə razı salıblar.
Məlumata görə, zərərçəkmiş şəxs külli miqdarda pulla yanaşı, fırıldaqçılara qiymətli metallar da təhvil verib.
Faktla bağlı cinayət işi başlanılıb, polis hazırda hadisədə əli olan digər şəxslərin kimliyini müəyyən etməyə çalışır.
Xuraman Etibarlı
İnterpress.az






