Valideyn MƏSULİYYƏTSİZLİYİ: Pəncərəyə qoyulan uşaq 15-ci mərtəbədən DÜŞDÜ – VİDEObackend

Valideyn MƏSULİYYƏTSİZLİYİ: Pəncərəyə qoyulan uşaq 15-ci mərtəbədən DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda 15-ci mərtəbədən yıxılan azyaşlı ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Hindistanda sarsıdıcı və ürəkağrıdan bədbəxt hadisə baş verib. Məlumata görə, bir qadın azyaşlı uşağı pəncərənin qabağına qaldırıb.

Həmin an pəncərənin kənarında ayağa qalxan uşaq qəfildən geriyə doğru əyilib və müvazinətini saxlaya bilməyərək 15-ci mərtəbənin pəncərəsindən birbaşa aşağı yıxılıb.

Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Lakin böyük yüksəklikdən yıxılan azyaşlının aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişdiyi müəyyən edilib.

Hazırda yerli hüquq-mühafizə orqanları valideyn məsuliyyətsizliyi və təhlükəsizlik qaydalarının pozulması faktı ilə bağlı genişmiqyaslı araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az