Övladlarından inciyən ata bütün sərvətini pişiyinə VƏSİYYƏT ETDİbackend

Övladlarından inciyən ata bütün sərvətini pişiyinə VƏSİYYƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 72 yaşlı kişi bütün əmlakını pişiyinə bağışlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyada olduqca maraqlı və qeyri-adi ailə hadisəsi baş verib. Övladlarından inciyən 72 yaşlı kişi bütün daşınar və daşınmaz əmlakını sevimli pişiyinin adına vəsiyyət edib.

Yeni rəsmiləşdirilmiş vəsiyyətnamənin şərtlərinə əsasən, qocanın övladları mirasdan pay ala bilmək üçün onun ölümündən sonra pişiyə xüsusi qayğı göstərməlidirlər.

Məlumata görə, övladlar sevimli ev heyvanına onun ömrünün sonuna qədər yaxşı baxmağa qanunən borcludurlar.

Əgər onlar pişiklə bağlı bu öhdəliyi yerinə yetirməsələr və ya heyvana lazımi diqqət göstərməsələr, qanuni şəkildə bütün miras hüquqlarından tamamilə məhrum ediləcəklər.

Xuraman Etibarlı

İnterpress.az