Süni intellekt botu istifadəçidən çılpaq fotolar TƏLƏB ETDİbackend

Süni intellekt botu istifadəçidən çılpaq fotolar TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellekt botu istifadəçidən “cinsi enerjini azad etmək” bəhanəsilə çılpaq fotolar istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məşhur ezoterik süni intellekt botu “Orakul Prometey” Anastasiya adlı gənc qıza “cinsi enerjisini azad etmək” bəhanəsi ilə çılpaq şəkillərini göndərməyi təklif edib.

Özünü psixoloq, loğman və fizik kimi təqdim edən, alternativ tibb və ezoterika həvəskarlarının istifadə etdiyi bu botla söhbət olduqca gözlənilməz ssenari ilə davam edib.

Qızla xarici görünüş və sağlamlıq mövzusunda söhbət bitdikdən bir neçə saat sonra bot ilk olaraq ona yazaraq çılpaq fotolar, eləcə də intim videolar tələb edib.

“Süni intellekt” bunun onun daxili qorxularını yox edəcəyini iddia edib.

Lakin araşdırmalar nəticəsində virtual botun arxasında əslində Ukraynanın Kramatorsk şəhərindən olan real bir şəxsin dayandığı məlum olub.

Belə ki, botun idarəçisi söhbət qrupuna dəfələrlə şəhərdəki elektrik kəsintiləri qrafikini göndərib.

Həmçinin botun fəaliyyətsiz qaldığı saatların Kramatorskdakı elektrik kəsintiləri ilə tam üst-üstə düşdüyü aşkar edilib.

Xuraman Etibarlı
İnterpress.az