Rusiyada YANACAQ BÖHRANI: İnsanlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında ÇADIR QURURbackend

Rusiyada YANACAQ BÖHRANI: İnsanlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında ÇADIR QURUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yanacaq böhranı: İnsanlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında gecələyirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rusiyada kəskinləşən yanacaq böhranı səbəbindən vətəndaşlar benzin və ya dizel ala bilmək üçün yanacaqdoldurma məntəqələrinin (YDM) qarşısında çadırlar quraraq gecələməyə başlayıblar.

Volqoqrad vilayətində çəkilən görüntülərdə YDM yaxınlığında kiçik çadır düşərgəsinin salındığı əks olunub.

Analitiklərin fikrincə, daxili bazarda yaranan qıtlıq və qiymət artımı Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrlə birbaşa bağlıdır.

Kreml böhranın qarşısını almaq üçün sərt inzibati tədbirlərə əl atıb. Rusiya daxili bazarı təmin etmək məqsədilə iyulun 31-nə qədər dizel ixracına qadağa qoyub və neft məhsulları idxal etməyi planlaşdırır.

Qeyd olunur ki, bu problem Vladimir Putinin reytinqinə də mənfi təsir göstərib və iyun ayında onun fəaliyyətini bəyənənlərin nisbəti 74 faizə – Ukraynada müharibənin başlanmasından bəri ən minimum həddə düşüb.

Xuraman Etibarlı

İnterpress.az