Krasnodarda sürücü qəsdən insanların izdihamına girib, sonra başqa bir kişini vurub və yolda sürüyüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Krasnodar şəhərində amansız hadisə baş verib. General Troşev küçəsində naməlum sürücü idarə etdiyi avtomobili qəsdən dörd nəfərdən ibarət qrupun üzərinə sürüb və onlardan birini yaralayıb.
Daha sonra hərəkətini davam etdirən sürücü başqa bir piyadanı vuraraq onu bir neçə metr asfaltın üzəri ilə sürükləyib.
Hadisəni törədən şəxs soyuqqanlı şəkildə maşından düşərək ağır yaralanan piyadanı görünən bir yerə çəkib və dərhal ərazidən uzaqlaşıb.
Aldığı ağır xəsarətlərdən həmin şəxs hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb, qaçan sürücünün saxlanılması üçün axtarış-əməliyyat tədbirləri aparılır.
Xuraman Etibarlı
İnterpress.az






