Hindistanda 36 il ərzində beşulduzlu otelləri aldadan fırıldaqçı yaxalanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Hindistanda 36 il ərzində beşulduzlu otellərdə pulsuz qalan və hesabları ödəməyən fırıldaqçı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda 69 yaşı olan cinayətkar saxta sənədlərdən istifadə edərək özünü ingilis dili müəllimi, turist bələdçisi və ya yoqa təlimatçısı kimi təqdim edib.
O, bu uzun müddət ərzində ölkənin 300-dən çox beşulduzlu otelində ödəniş etmədən qalıb.
Məlumata görə, cinayətkar bəzi hallarda qaldığı qonaqlama obyektlərinin qiymətli əşyalarını və əmlakını da oğurlayıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 69 yaşlı fırıldaqçı nəhayət ki, həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






