Malidə Rusiyanın “Afrika Korpusu”nun karvanına hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Malinin şimalında Rusiyanın “Afrika Korpusu”na məxsus hərbi karvan güclü hücuma məruz qalıb.
Karvan yerli hərbi qüvvələrlə birlikdə ölkənin şimalına doğru hərəkət edərkən puskuya salınıb. Hücuma görə məsuliyyəti tuareqlərin “Azavadın Azadlığı Cəbhəsi” öz üzərinə götürüb.
Karvanda 200-dən çox rusiyalı döyüşçünün və 100-dən çox Mali əsgərinin ola biləcəyi bildirilir.
Məlumata görə, “Afrika Korpusu” üsyançılara və islamçı qruplaşmalara qarşı müharibədə Mali ordusuna dəstək verir. Son günlər ölkənin şimalında döyüşlər yenidən kəskinləşib.
Bundan əvvəl tuareqlərin “Afrika Korpusu”na məxsus “Mi-24” helikopterini vurduğu və ekipaj üzvlərinin məhv edildiyi qeyd olunub.
Xuraman Etibarlı
İnterpress.az






