“Ukroboronprom”un Vişnevedəki döyüş sursatı anbarı partlayıb – Zelenskibackend

“Ukroboronprom”un Vişnevedəki döyüş sursatı anbarı partlayıb – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vışnevoda “Ukroboronprom” sursat anbarı partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukroboronprom” dövlət konserninin Vişneve şəhərindəki döyüş sursatı anbarında partlayış baş verdiyini bəyan edib.

Dövlət başçısı qeyd edib ki, baş vermiş bədbəxt hadisə ilə bağlı artıq rəsmi şəkildə cinayət işi açılıb.

Zelenskinin sözlərinə görə, hadisədə təqsirli bilinən bütün şəxslər qanun qarşısında məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar.

Həmçinin, rəsmi araşdırmalardan sonra bir sıra vəzifəli şəxslərin işdən çıxarılacağı da gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az