Cənubi Koreyanın yeni KÖÇƏRİ VİZASI: Gəlir tələbləri və yaş şərtləri MƏLUM OLDUbackend

Cənubi Koreyanın yeni KÖÇƏRİ VİZASI: Gəlir tələbləri və yaş şərtləri MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada rəqəmsal köçərilər üçün təkmilləşdirilmiş “F-1-D” vizası fəaliyyətə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.

Cənubi Koreyada sınaq müddətindən sonra rəqəmsal köçərilər (uzaqdan çalışan mütəxəssislər) üçün təkmilləşdirilmiş “F-1-D” vizası tam fəaliyyətə başlayıb.

Bu viza xarici vətəndaşlara xarici şirkətlərdə uzaqdan çalışmaqla yanaşı, Koreyada üç ilə qədər yaşamaq imkanı verir.

Vizanın alınması üçün standart illik gəlir tələbi 68 500 dollar (təxminən 116 450 manat) təşkil edir.

Bununla belə, əgər müraciət edən şəxsin yaşı 18-34 aralığındadırsa və o, Seul və ya paytaxt regionunda yaşamağı planlaşdırmırsa, tələb olunan illik gəlir həddi aşağı düşür.

Bu halda illik 36 969 dollar (təxminən 62 847 manat) gəlir kifayət edir. Həmçinin sözügedən viza sahiblərinə öz həyat yoldaşını və uşağını da Cənubi Koreyaya aparmaq icazəsi verilir.

Xuraman Etibarlı

İnterpress.az