WSJ: Ukrayna dronları Sibirə çatdı, bu, Putin üçün son damla ola bilərbackend

WSJ: Ukrayna dronları Sibirə çatdı, bu, Putin üçün son damla ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dronlarının uçuş məsafəsi 3400 km-ə çatıb – Sibirdəki neft zavodları təhlükədədir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Omskdakı ən böyük neft emalı zavoduna (NEZ) zərbə endirməsindən sonra artıq təkcə ölkənin Avropa hissəsi deyil, Sibir bölgəsi də təhlükə altına düşüb.

Yeni Ukrayna dronlarının 3400 kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğu bildirilir. Bu isə o deməkdir ki, Rusiya bundan sonra Qərbi Sibirdəki neft-qaz obyektlərini, boru kəmərlərini, hərbi zavodları və yüzlərlə digər strateji hədəflərini qorumaq məcburiyyətində qalacaq.

Məlumata görə, Rusiya NEZ-lərinə edilən hücumlar artıq ölkədə ciddi yanacaq qıtlığına, yanacaqdoldurma məntəqələrində növbələrə və təchizat problemlərinə yol açıb.

Ukrayna və Qərb rəsmiləri Rusiya iqtisadiyyatına artan təzyiqin nəticədə Vladimir Putini müharibəni dayandırmağa məcbur edəcəyinə ümid bəsləyirlər.

Xuraman Etibarlı

İnterpress.az