Hərbi bazada qeyri-adi OĞURLUQ: Ayı ticarət mərkəzinə DAXİL OLDU – VİDEObackend

Hərbi bazada qeyri-adi OĞURLUQ: Ayı ticarət mərkəzinə DAXİL OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alyaskada hərbi bazadakı ticarət mərkəzinə girən ayı şaftalı oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

ABŞ-nin Alyaska ştatındakı hərbi bazaların birində yerləşən ticarət mərkəzinə vəhşi ayı daxil olub. Mağazanın içərisində sərbəst şəkildə gəzişən ayı piştaxtalardan birinə yaxınlaşaraq oradan bir ədəd şaftalı götürüb və sakitcə binanı tərk edib.

Hadisə zamanı ticarət mərkəzində olan insanlar heç bir xəsarət almayıb.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər izləyicilərin böyük marağına səbəb olub. Hərbi bazanın təhlükəsizlik xidmətinin əməkdaşları heyvanın insanlara zərər vermədən yenidən yaxınlıqdakı meşəlik əraziyə qayıtdığını bildiriblər.

Ştatın ekologiya idarəsi sakinləri və hərbi qulluqçuları vəhşi heyvanlarla təmas zamanı diqqətli olmağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az