Netanyahu Trampa bildirib ki, İsrail ABŞ-ın razılığı olmadan İrana hücum etməyəcək.
İnterpress.аz xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa rəsmi olaraq bildirib ki, İsrail ABŞ-nin xüsusi müraciəti və ya icazəsi olmadan İrana qarşı birbaşa hərbi hücum həyata keçirməyəcək.
Bununla belə, Netanyahu İsrailin potensial hücumlara qarşı cavab zərbələri endirmək hüququnu tam şəkildə özündə saxladığını vurğulayıb.
Baş nazir həmçinin ABŞ liderini əmin edib ki, rəsmi Vaşinqtona tam etibar etdiyi üçün İranla bağlı əldə olunan mühüm kəşfiyyat məlumatlarını mütəmadi olaraq ABŞ tərəfinə ötürməyə davam edəcək.
Mütəxəssislər qeyd edirlər ki, bu razılaşma Yaxın Şərqdə nəzarətdən çıxa biləcək böyük müharibə riskinin qarşısını almaq və Vaşinqtonla Təl-Əviv arasında hərbi-strateji koordinasiyanı daha da möhkəmləndirmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.аz






