Havay adalarında “Kilauea” vulkanı yenidən püskürməyə başlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-nin Havay ştatında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan “Kilauea” yenidən püskürməyə başlayıb.
Vulkanın kraterindən kütləvi şəkildə lavanın və qatı kül buludlarının göyə ucaldığı qeydə alınıb.
Hadisə ilə əlaqədar yerli seysmoloji xidmətlər və vulkanoloqlar ərazidə daimi və gərgin monitorinqlər aparırlar.
Hələlik lava axınının yaxınlıqdakı yaşayış məntəqələri üçün birbaşa və kəskin təhlükə yaratmadığı vurğulanır.
Bununla belə, yerli bələdiyyə orqanları havaya yayılan zəhərli qazlar və tüstü səbəbindən yaxınlıqdakı ərazilərdə yaşayan vətəndaşlara və turistlərə son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.
Aviasiya vasitələri üçün də xüsusi xəbərdarlıq elan olunub.
Xuraman Etibarlı
İnterpress.аz





