Moskvada “Genshin Impact” oyunu pərəstişkarları bankdan 46 milyon rubl oğurlayıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada populyar “Genshin Impact” kompüter oyununun pərəstişkarı olan iki gənc fırıldaqçılıq yolu ilə bankdan 46 milyon rublu (təxminən 983 min manat) mənimsəyib.
Kredit şöbəsində çalışan 23 yaşlı Nikita və 25 yaşlı Marqarita süni intellektin köməyi ilə saxta pasport məlumatları və fotoları yaradaraq mövcud olmayan şəxslərin adına rəsmi kreditlər rəsmiləşdiriblər.
Onların bu qeyri-qanuni sxemi rəsmi sənədlərdə, xüsusilə pasport şəkillərində anime üslubunda çəkilmiş personajların peyda olmasından sonra ifşa olunub.
Məhkəmə prosesi zamanı müttəhimlər hakim və prokurorla “Genshin Impact” oyununa aid xüsusi terminlərlə ünsiyyət qurmağa çalışıblar.
Məhkəmənin çıxardığı yekun qərara əsasən, irimiqyaslı dələduzluqda təqsirli bilinən gənc oğlan 7 il, onun qadın ortağı isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.аz






