Çin şirkəti “Supermen” ləqəbli yeni humanoid robotunu təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə tərtibatçı öz sosial şəbəkə hesablarında məlumat yayıb.
Çinin “Unitree” şirkəti “Supermen” ləqəbli yeni robotunu nümayiş etdirib.
Qeyd olunub ki, bu android 2 metr hündürlüyə tullanmaq və saniyədə 12,66 metr sürətlə qaçmaq qabiliyyətinə malikdir.
“Unitree” şirkətinin iddiasına görə, robot maksimum qaçış sürəti və hündürlüyə tullanma göstəricilərinə görə dünya rekordlarını təzələyib.
Xuraman Etibarlı
İnterpress.az






