Şelkovo ət kombinatının uşaq düşbərələrimdə salmonella bakteriyası aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun “Vahid Yoxlamalar Reystri” məlumat yayıb.
Nümunə götürülməsi 2026-cı il mayın 6-da Moskvada hazır yeməklərin istehsalı, məktəb və məktəbəqədər uşaq müəssisələrinin sosial qidalanmasının təşkili üzrə ixtisaslaşmış iri Rusiya qida kombinatı olan “Verona Kapital” MMC-də həyata keçirilib.
Müəssisədə növbədənkənar yoxlamanın aparılmasına insan həyatı və sağlamlığına təhlükə barədə daxil olan məlumat sebəb olub.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






